![]()
Kitab — sözlərin ən dərin xəzinəsi, xəyalların isə ən gözəl qanadıdır. 9 avqust dünyada Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd olunur. Bu gün, səhifələrin sehrinə düşüb yeni dünyalar kəşf edən, hər sətirdə özünü tapan, xəyal gücünü sərhədsiz edən bütün insanlar üçün xüsusi bir gündür.
Kitab oxumaq sadəcə məlumat almaq deyil — ruhu bəsləmək, dünyagörüşünü genişləndirmək, hissləri incəltmək deməkdir. Bəzən bir cümlə həyatımıza istiqamət verir, bəzən bir qəhrəmanın hekayəsində özümüzü tapırıq.
Qızlar üçün kitab oxumaq, həm də güc mənbəyidir. Çünki hər oxunan sətir, düşüncələrinə dərinlik, ürəyinə zənginlik qatır. Kitab, insana yalnız bilik deyil, həm də zəriflik, müdriklik və özünəinam qazandırır.
Bu gün özünü bir az kitab qəhrəmanı kimi hiss et, sevdiyin bir əsərin səhifələrində dolaş, çünki hər oxuduğun kitab – sənin həyat kitabının yeni bir səhifəsidir.
Unutma, kitab sevgisi yalnız bu gün üçün deyil, bütün ömür üçün yaşadılacaq bir sevgidir. ❤️📚

Firəngiz Sabirqızı
Subyekt.az