![]()
26 avqust Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, humanizm və mədəniyyət dəyərlərinin daşıyıcısı olan şəxsiyyət – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Əliyeva 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb, daha sonra Moskvada təhsilini davam etdirərək tibb elmləri sahəsində ixtisaslaşıb. O, yalnız həkim kimi deyil, həm də xeyriyyəçi və ictimai-siyasi xadim kimi ölkənin inkişafına mühüm töhfələr verib.
2004-cü ildə onun təşəbbüsü ilə yaradılan Heydər Əliyev Fondu səhiyyə, təhsil, mədəniyyət və sosial sahələrdə saysız-hesabsız layihələr həyata keçirib. Fondun fəaliyyəti nəticəsində yüzlərlə məktəb və uşaq bağçası inşa olunub, qədim abidələr bərpa edilib, beynəlxalq humanitar və mədəni layihələr reallaşdırılıb.
Mehriban Əliyeva həm də Azərbaycan musiqisinin və mədəniyyətinin dünyada tanıdılmasına böyük diqqət göstərib. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, ölkənin zəngin mədəni irsini beynəlxalq səviyyədə tanıtmaq üçün geniş fəaliyyət göstərir.
2017-ci ildən etibarən Azərbaycanın Birinci vitse-prezidenti kimi dövlət idarəçiliyində mühüm rol oynayan Mehriban Əliyeva humanist dəyərlərə, xalqın rifahının yüksəldilməsinə xidmət edən siyasəti ilə seçilir.
Bu gün o, ölkədə və xaricdə humanizm, sülh, mədəniyyət və xeyirxahlıq missiyası ilə tanınan nüfuzlu bir xanım, eyni zamanda güclü dövlət xadimi kimi dəyərləndirilir.
Subyekt.az saytı adından , Mehriban xanıma yeni yaşında yeni-yeni uğurlar arzu edirik.

Firəngiz Sabirqızı
Subyekt.az