![]()
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Subyekt.az