![]()
Ölkənin bir sıra bölgələrində müşahidə olunan yağıntılı hava şəraiti iyunun 28-i axşamadək davam edəcək.
İyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı gözlənilir. Güclü yağıntılar nəticəsində bəzi həssas ərazilərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın ehtimalı var.
FHN vətəndaşlara intensiv yağıntı zamanı subasma, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yarandığı halda isə dərhal yaxınlıqdakı yüksək əraziyə çəkilməyi və xilasedicilərin göstərişlərinə ciddi əməl etməyi tövsiyə edir.
Nazirlik ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edərək, elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonlardan istifadə edilməməsini, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların altında dayanılmamasını məsləhət görür. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın səngiməsini gözləmək tövsiyə edilir.
Subyekt.az