![]()
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Zəngilanda yeni inzibati binası tikiləcək. Subyekt.az-ın məlumatına görə, yeni binanın inşası qurumun 4 çıxışlı Zəngilan Rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün nəzərdə tutulub. Artıq bununla bağlı Fövqəladə Hallar Nazirliynin Əsaslı Tikinti İdarəsi müvafiq işlərə başlanılıb. Nazirlik qeyd olunan işlərin icrasının 3,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Subyekt.az