Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, 26 saylı Sabunçu Seçki Dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa təbliğat-təşviqat kampaniyası çərçivəsində səkkizinci görüşünü keçirib.
“Murad Nağıyev küçəsi-32” ünvanında keçirilən görüşdə müxtəlif sosial qrupdan və yaşdan olan seçicilər, namizədin seçki qərargahının üzvləri iştirak edib.
Fazil Mustafa seçki platformasını ətraflı şəkildə şərh edib, eyni zamanda, görüş iştirakçılarının toxunduğu fərqli məsələlərlə əlaqədar keçən dönəmdə Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin rəhbəri olaraq gördüyü işlərdən söz açıb.
Namizəd seçicilərin ayrı-ayrı mövzularla bağlı suallarını da cavablandırıb.
Qaldırılan məsələlərə dair öz fikirlərini bölüşən Fazil Mustafa, uyğun dövlət qurumlarının xətti ilə həyata keçirilən və planlaşdırılan irimiqyaslı layihələrdən, müvafiq dövlət proqramlarından söz açıb.
O, yenidən Millət vəkili mandatı qazanarsa, vətəndaşları düşündürən, seçiciləri qayğılandıran digər məsələləri də parlamentdə, müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.
Subyekt.az