![]()
Avropa institutlarının nüfuzu, əlbəttə, onların qəbul etdiyi sənədlərin sayı ilə ölçülə bilməz; ölçü, meyar nümayiş etdirilən ədalət və obyektivliyə görə müəyyənlir.
Təəssüf ki, bəzi siyasətçilər, o cümlədən adı bizə bəsbəlli alman deputat Frank Şvabe, uzun illərdir Azərbaycana münasibətdə eyni qərəzli xətti təkrarlamaqdan əl çəkmir. Hər nə qədər insan haqları, siyasi hüquqlar, söz azadlığı arxadında pərdələnmələr olsa da, fəallaşmanın ümumi fonu aydındır:
Güney Qafqazda sülh gündəliyinin formalaşdığı, Azərbaycan və Ermənistan arasında normallaşma yönündə real imkanların yarandığı, qalib Azərbaycanın beynəlxalq nüfuzun artdığı bir vaxtda və yeni mərhələdə yenə qarşıdurma ritorikasına üstünlük verilməsi nə Avropa-Azərbaycan münadibətlərinə, nə Avropanın həqiqi çıxarlarına, nə də Güney Qafqazın sabitliyinə xidmət edir.
Budur, Frank Şvabe yenə səhnədədir. Yenə ağzını açıb, gözünü yumub və Azərbaycanın əleyhinə, azərbaycanafob (ümumən türkəfob, islamafob) xəttini davam etdirib. Frank Şvabe alman dövlətinin və xalqının imtina elədiyi dırnaqarası dəyərlərdən – faşizmdən imtina edə bilməməyin əzabını çəkir və bu “əzab”ı da yeri gəldikcə Azərbaycanın, başqa haqlı ölkələrin ünvanına yenidən tirajlayır. Bu dəfə o, Avropa Şurasında növbəti anti-Azərbaycan çıxışı, təşəbbüsü ilə gündəmdədir. Lakin Avropa Şurası Parlament Assambleyasının qeyri-obyektiv, qərəzli, ermənipərəst qətnamə və qərarları bizimçün yox hökmündədir.
Azərbaycan beynəlxalq hüquqa söykənən mövqeyini dəfələrlə ortaya qoyub. Belə bir ortamda birtərəfli qətnamələr, siyasi qərəz üzərində qurulan çıxışlar və selektiv yanaşmalar yalnız güvəni sarsıdır.
Bizim üçün əsas meyar milli çıxarlarımız, dövlət suverenliyimiz və beynəlxalq hüququn prinsipləridir. Qeyri-obyektiv qərarlar Azərbaycan siyasətini müəyyən etmir və etməyəcək. Hər bir beynəlxalq qurum yalnız tərəfsiz, ədalətli və balanslı mövqe nümayiş etdirdiyi halda güvən qazana bilər.
Azərbaycan dialoqun, adil əməkdaşlığın tərəfdarıdır. Qərəz isə heç vaxt nə həqiqəti dəyişə bilir, nə də tarixin yönünü… Şvabelərin şvabelliyi özlərinə qalacaq.
Subyekt.az