
Fazil Mustafa seçicilərlə yeddinci izdihamlı görüşünü keçirib
26 saylı Sabunçu Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd,
Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib.
“Murad Nağıyev küçəsi-31” ünvanında, açıq yerdə keçirilən görüşdə müxtəlif yaş və sosial qrupdan olan seçicilər, namizədin vəkilləri iştirak edib.
Fazil Mustafa seçki platformasını geniş şərh edib, habelə, görüş iştirakçıların qaldırdığı fərqli məsələlərlə bağlı keçən dönəmdə Milli Məclisin üzvü, Komitə sədri olaraq gördüyü işlərdən söz açıb.
O, seçicilərin müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb.
Seçicilərin toxunduğu mövzulara dair öz düşüncələrini bölüşən namizəd, müvafiq dövlət qurumlarının xətti ilə görülən və nəzərdə tutulan irimiqyaslı layihələrdən, dövlət proqramlarından söz açıb, yenidən Milli Məclisin üzvü seçilərsə, seçiciləri qayğılandıran digər məsələləri də parlamentdə, dövlət orqanları qarşısında qaldıracağını bildirib.
0
Subyekt.az