![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi Şamil Sabiroğlunu 60 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:
“Hörmətli Şamil müəllim,
Sizi – öz fəaliyyətində vətəndaş cəmiyyəti quruculuğuna və milli-mənəvi dəyərlərin təbliğinə üstün yer ayıran jurnalistimizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Çox şadam ki, bu ilki yubileyinizi Xocalının, işğala uğramış digər şəhər və kəndlərimizin azadlığının, eləcə də “Böyük Qayıdış”ın sevinci, qüruru içində keçirirsiniz.
Sizin fəaliyyətinizdə daim bir amal öndə olub: ictimai tərəqqiyə, milli yaddaşın qorunmasına, dövlətçilik dəyərlərinin möhkəmlənməsinə, Qarabağ həqiqətlərinin təbliğinə xidmət etmək. Siz uzun illərdir, aydın sözünü əməl yükü ilə daşıyan, milli kimlik məsələlərində ardıcıl və prinsipial mövqe nümayiş etdirən, cəmiyyətin müxtəlif təbəqələrinə nüfuz edən ictimai fəaliyyətinizlə seçilirsiniz.
İctimaiyyətin müxtəlif platformalarında səsləndirdiyiniz fikirlər, təşəbbüs və layihələriniz, konstruktivliyə, vətəndaş həmrəyliyinə çağırışlarınız – hər biri təqdirəlayiqdir.
Dövlətimiz xidmətlərinizi qiymətləndirib – siz “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyəti -100” yubiley medalı ilə təltif olunmusunuz.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar, arzulayıram”!
Subyekt.az