![]()
Əziz həmvətənlər!
Sizi yazın, oyanışın və yenilənmənin müjdəçisi olan Novruz bayramı ilə bağlı ürəkdən təbrik edirik!
Minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi olan Novruz, təbiətin oyanışı ilə yanaşı, insan ruhunun da təzələnməsinə, birlik və həmrəyliyin möhkəmlənməsinə çağırış edir. Bu bayram süfrələrimizə bərəkət, evlərimizə sevinc, qəlblərimizə ümid gətirən müqəddəs ənənələrimizi yaşadan, bizi öz köklərimizə bağlayan dərin fəlsəfi və mədəni anlama malikdir.
Bu əziz bayram günlərində xalqımızın sarsılmaz birliyinin, dostluq və qardaşlığının daha da möhkəmlənəcəyinə inanırıq.
İctimai birliklər və dini icmalar arasında qarşılıqlı anlaşmanın, qarşılıqlı sayğının güclənməsi üçün bundan sonra da birlikdə çalışacağıq.
Arzu edirik ki, Novruz bayramı hər bir ailəyə sevinc, firavanlıq və əmin-amanlıq gətirsin! Ulu Novruzun od-ocağı həyatımıza işıq saçsın, millətimizə və dövlətimizə uğurlar, yeniliklər və xoşbəxtlik bəxş etsin!
Bayramınız mübarək olsun!
Azərbaycan Respublikası
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi
Subyekt.az