![]()
Milli Məclisin deputatı Fazil Mustafa işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər edib.
Subyekt.az xəbər verir ki, Deputat səfər çərçivəsində Kəlbəcərin müxtəlif ərazilərini ziyarət edib, rayonun zəngin təbii-coğrafi landşaftı, mineral su ehtiyatları və turizm potensialı ilə tanış olub.
Fazil Mustafa səfər zamanı Kəlbəcərin füsunkar təbiətini əks etdirən fotoşəkilləri sosial şəbəkə hesabında paylaşıb. Millət vəkili paylaşımında Kəlbəcərə münasibətini ifadə edərək “Gözəlim Qarabağ, Qartalım Kəlbəcər!” sözlərini qeyd edib.
Deputat Kəlbəcərdə məşhur Fontan İstisuyu, eləcə də İsisu müalicə və istirahət mərkəzinin yaxınlığında yerləşən İstisu mənbəyini ziyarət edib. Səfər zamanı həmin ərazilərdən fotoşəkillər də ictimaiyyətə təqdim olunub.
Kəlbəcər Azərbaycanın zəngin təbii sərvətləri, unikal dağlıq landşaftı və müalicəvi mineral su mənbələri ilə seçilən rayonlarından biridir. Rayonun işğaldan azad edilməsindən sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Kəlbəcərin sosial-iqtisadi və turizm potensialının yeni mərhələdə inkişafına imkan yaradır.
Millət vəkilinin Kəlbəcərə səfəri və rayonun təbii məkanlarından etdiyi paylaşımlar işğaldan azad edilmiş ərazilərin ictimaiyyətə təqdim olunması, onların turizm və rekreasiya imkanlarının təbliği, həmçinin Böyük Qayıdış prosesinin yaratdığı yeni reallıqların diqqətə çatdırılması baxımından əhəmiyyət daşıyır.





Kəlbəcər
Subyekt.az