![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində may ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı müraciət edən hər bir şəxs fərdi qaydada dinlənilib. Millət vəkili onların problem və qayğıları ilə yaxından tanış olub, qaldırılan bütün məsələlərin qanunvericilik çərçivəsində operativ şəkildə araşdırılacağını və hər bir müraciətin şəxsi nəzarətində saxlanılacağını bildirib.
Vətəndaş müraciətləri əsasən məşğulluq, sağlamlıq, sosial təminat, təhsil, əfv və digər sahələri əhatə edib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.
Subyekt.az