![]()
Sosial problemlər dinlənildi, bir sıra məslələr yerindəcə həll olundu
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində oktyabr ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı Millət vəkili vətəndaşları fərdi qaydada dinləyib, onların müraciət və təklifləri ilə yaxından maraqlanıb. Vətəndaşların müraciətləri əsasən məşğulluq, sağlamlıq, sosial təminat, təhsil, mədəniyyət sahələri, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq və digər mövcud çətinliklərlə bağlı olub.
Deputat tərəfindən qaldırılan məsələlərin bir qismi elə qəbul zamanı, yerindəcə həllini tapıb. Digər müraciətlər isə qanunvericiliyə uyğun şəkildə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirilib.
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması və mövcud problemlərin hüquqi müstəvidə həllinə dəstək göstərilməsi onun parlament fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Bir daha xatırladırıq ki, deputat Fazil Mustafanın vətəndaş qəbulu hər həftənin bazar ertəsi günü, saat 15:00-da, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilir.








#MilliMəclis #VətəndaşQəbulu #FazilMustafa
Subyekt.az