![]()
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu gün Yuxarı Ağalı kənd sakinləri ilə səyyar qəbul keçirib.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.
Qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisələrinin, xidmət sahələrinin rəhbərləri iştirak edib.

.

.

.

Subyekt.az