![]()
Danimarkadan göndərilən F-16 qırıcılarının ikinci partiyası Ukraynaya çatıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”də paylaşım edib. O qeyd edib ki, bu addım insan həyatının müdafiəsi istiqamətində liderlik nümunəsidir: “Danimarkanın birinci partiyada göndərdiyi qırıcılar artıq Rusiyanın atdığı raketlərin vurulmasında istifadə olunur, insanlarımızın həyatını və infrastrukturumuzu xilas edir. İndi hava müdafiəmiz daha da gücləndirilib”.
Subyekt.az