![]()
Bu gün Azərbaycanın Xalq rəssamı, görkəmli rəssam Fərhad Xəlilovun anadan olmasının 80 illiyi tamam olur.
Fərhad Xəlilov 1946-cı il oktyabrın 26-da Bakıda anadan olub. Yaradıcılığında Abşeronun təbiəti, dəniz mənzərələri və sahil qayalıqları xüsusi yer tutur. Özünəməxsus üslubu ilə Azərbaycan müasir təsviri sənətinin inkişafına mühüm töhfələr verib.
Uzun illər Azərbaycan Rəssamlar İttifaqının sədri olan sənətkar 2002-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb. Onun əsərləri Azərbaycan təsviri sənətinin dəyərli nümunələri kimi tanınır.
Subyekt.az