![FB_IMG_1725263277801](https://subyekt.az/wp-content/uploads/2024/09/FB_IMG_1725263277801.jpg)
Hörmətli və Əziz KƏLBƏCƏRLİLƏRİM!
Növbəti bir Parlament seçkisini də yola verdik. Mən öz namizədliyimi geri götürərkən müəyyən qarayaxmalar olacağını bilirdim. Ancaq bu qarayaxmalar hər kəsin öz vicdanı və əxlaqı səviyyəsində olduğu üçün bənd olmadım və seçki dönəmində də heç kimin təbliğatında iştirak etmədim. Çünki mən prosesdən çəkilmişəmsə təməlli çəkilməliyəm.
Namizədlərin bir neçəsini, şair Səxavət Kəlbəcərlini, sair Bəhmən Vətənoğlunun oğlu Etibar Abbasovu, ADA Universitetində müəllim olan Orucov Samir Zakir Oğlunu, Kəlbəcər rayon Təhsil şöbəsinin əvvəlki müdiri Məhəmməd Bağırovu şəxsən tanıyırdım. Namizədlərdən Şair Səxavətlə və Samir Orucovla isti münasibətim olduğu da heç kəsə sirr deyildi.
Açığını deyim ki, mən Aidə xanıma səs vermişdim. Çünki mənim də təmsil olunduğum partiya YAP-dır. YAP-ın namizədi olan Aidə xanımın rayonumuzda təbliğatı çox zəif gedirdi. Hətta bununla bağlı mən YAP Kəlbəcər təşkilatının sədri Həbib Misirova şəxsidə irad bildirmişdim.
Mircəlil Qasımlı bəy əslən Kəlbəcərdən olsa da bütün Kəlbəcərlilər kimi mən də Onu seçki dönəmində tanımışam. Tərcümeyihalına baxanda görsənir ki, seçkidən əvvəl də Kəlbəcərlilərimiz Onu tanıya bilərdi. Başdıbel kəndindən olan çoxsaylı ziyalı dostlarım var ki, əllərində heç bir inzibati və maliyyə resursu olmadan Kəlbəcərlilərimizin daima xidmətində olmuşdurlar. Bunlardan iki şəxsin adını çəkməsəm vicdanım sızıldayar, dəyərli jurnalist dostlarım Elxan Salahov və Etibar Seyidaga
Seçki marafonunda Orucov Samir çox yaxşı performans göstərdi. MSK Mircəlil bəy qalib elan etdi. Mən Mircəlil bəyin bugünədək heç bir ictimai fəaliyyətini görmədiyim və Onu şəxsən tanımadığım üçün hələlik Onun haqqında nə yaxşı nə də pis bir şey deyə bilmərəm. Bundan sonrakı fəaliyyəti Onun haqqında məndə fikir formalaşdıracaqdır ki, ümid edək yaxşı olsun. Bu Onun özündən aslıdır.
Samir Orucovu şəxsən tanıdığım üçün Onun müəllimlik fəaliyyətində həm Kəlbəcərlilərimizə həm də digər təhsilalanlara faydasının olduğunun şahidiyəm. Qəti ruhdan düşməməyi tövsiyyə edirəm.
Hər iki Kəlbəcərli gənc olan Samir Orucova və Mircəlil Qasımlıya müraciət edərək bildirirəm ki, hər ikinizi artıq Kəlbəcərə bağlayan bir bağ var. Bundan sonrakı fəaliyyətinizdə Kəlbəcərlilərimizi yaddan çıxartmayın. Əvvəlkilərin buraxdığı səhfləri təkrarlamayın. Seçki bitdi Kəlbəcər və Kəlbəcərlilər də bitdi deməyin.
Mən keçən seçkidən sonra da hər bir Kəlbəcərlinin yanında oldum, bu gün də, sabah da yanlarında olacağam. Çünki mənim məqsədim şəxsi mənafe məqsədi deyil, dövlət, dövlətçilik və ictimai mənafe mənim üçün hər şeydən üstündür. İstər Gəncə şəhərində vergi orqanlarında çalışdığım müddətdə, istərsə də vəkillik dövründə imkanım daxilində Kəlbəcərlilərin problemləri ilə maraqlandım, əksər problemlərin həllinə də nail ola bildim. Və hər kəsə göstərdim ki, deputat olmadan da xalqa xidmət etmək mümkündür.
Mən hər ikinizə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzu edərək bildirirəm ki, əgər hər ikiniz bundan sonra da seçki marafonu dövründə olduğu kimi Kəlbəcərlilərin yanında olacaqsınızsa mən bu xidmətlərinizi açıq şəkildə təqdir edəcəyəm. Mən yaxşıya yaxşı pisə pis deməyi bacarıram. Hər hansı şəxsi məqsəd üçün pərdəarxasında siyasi dəllallıq etmirəm. Mənim bütün fəaliyyətim şəffaflıq və ədalət üzərində qurulubdur. Doğruluq, dürüstlük hardadırsa mən də oradayam. Azərbaycan
Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərli
Subyekt.az