![]()
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb. Subyekt.azreport-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Onlar rüşvət almaqda şübhəli bilinirlər. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib. Məmurların adları və vəzifələri açıqlanmır.
Subyekt.az