![]()
Subyekt.az Turkustan.az -a istinadla bildirir ki , bu dəqiqələrdə ölkənin bütün ərazisində seçki məntəqələri bağlanır və nəticələrin hesablanması prosesinə başlanılır.
Saat 21:00-da Mərkəzi Seçki Komissiyası yekun seçici fəallığı göstəricisini dərc edəcək. Gecə yarısına yaxın isə nəticələrin onlayn rejimdə yayılmasına başlanılacaq.
Xatırladaq ki, 7 iyun tarixində Ermənistanda 18 siyasi qüvvənin — 2 blok və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.
Subyekt.az