![]()
Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həlak olub. Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyunun 2-si saat 00:10 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Aramais Gevorqyanın meyiti aşkarlanıb. “Hadisənin bütün hallarının tam araşdırılması məqsədilə istintaq aparılır”, – məlumatda qeyd olunub.
Subyekt.az