![]()
Tarixin açılmamış səhifələrinə daşnaklar dünya xalqlarını aldatmaqla “Böyük Hayastan” yaratmaq üçün “göz yaşları” axıtmaqdan belə çəkinməyiblər
Tarixən özlərini məzlum xalq adlandıran, “erməni soyqırımı” iddiası, “qırğınları” “Böyük Hayastan” sərsəmləmələrinə hesablanmış bir siyasətdir, eybəcər olsa da. Əslində, nə xalq, nə də millət olmayan hayların haradan-haraya zaman-zaman “köç etməsi” (əslində, qovulmaları) faktları kifayət qədərdir. Birinci Dünya müharibəsi ərəfəsində Türkiyənin Anadolu mahalında yaşayan ermənilərin sistemli şəkildə, guya, məhv edildiyi iddiasının da heç bir əsası yoxdur. Təəssüf ki, Türkiyə Cümhuriyyəti hadisələri, sadəcə, erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürməkdə olsa da, bu gün dünyanın bəzi ermənipərəst ölkələri soyqırımın törədildiyini həmin yalanlara əsaslanaraq qəbul ediblər. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, qərarlar, sadəcə, tarixə əsaslananmadan, bəzi siyasi faktorların qərəzli təsiri ilə qəbul edilib.
Tarixin həmin qaranlıq, boz-bulanıq, saxtalaşdırımış səhifələrinə bir daha ötəri də olsa, nəzər salaq. Erməni üsyançılarının 1890-cı ildən etibarən başlayan üsyanları 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar qəbel etməsinə səbəb olub. Elə saxta soyqırım iddiaları da həmin dövrdən ortaya atılıb: Türkiyədən torpaq qopartmaq və “Böyük hayastan”ın bir hissəsini qurmaq üçün. Erməni millətçiləri – daşnaklar Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan hayları separatcı meyili gücləndirdikcə üsyanlar da təbii hal almağa başlayıb. Ilk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşib, sonra Van, Sason, Adanaya keçib. 1905-ci ildə ermənilər (əslində, haylar) Sultana suiqəsd cəhdində bulunsalar da, bu, uğursuzluqla nəticələnib. Bölgədə təşkilatlanan erməni komitələri mülkü əhaliyə qarşı da xüsusi amansızlıq nümayiş etdiriblər.
“Köçürülmə”yə səbəb
Budur gerçəkliyin sərt və acı üzü: erməni üsyanları və Birinci Dünya müharibsi ərəfəsində ermənilərin Türklərə qarşı savaşı nəticəsində Osmanlı dövləti 28 may 1915-ci il tarixində “Köç qərarı” çıxardıb. Bundan öncə isə “soyqırım günü“ kimi qəbul etdikləri 24 apreldə 2345 erməni lider həbs edilib. Həbs edilənlərin əksəriyyəti kəndlərə hücum edərək silahsız türksoylu əhalini qıran cinayətkarlar idi.
“Köçürülmə” qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da, hər şey fərqli cərəyan edib. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən qırılanlar da kifayət qədər olub.
Qondarma “soyqırımı” ideyasının tanınması kimlərə sərf edirdi? Bu da maraqlı suallardan biridir. Həm də erməni faşizminin iç üzünün açılmasında əsas faktorlara aydınlıq gətirə bilir. Bilirik ki, “erməni soyqırımı” ideyaları 1945-ci ildən gündəmə gəlib. Kilsənin irəli sürdüyü ideyalar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib.
Ermənilər havadarlarının dəstəyi sayəsində ilk soyqırım qərarının qəbuluna nail olublar: 1945-ci il aprelin 20-də. Uruqvay parlamenti 24 aprel tarixini “erməni soyqırımı”nı anma günü kimi tanıyıb. Həmin Parlament 2004-2005-ci illərdə daha iki bəyanatla qərarı yeniləyib.
Bundan 18 il sonra, 1982-ci il aprelin 29-da Yunan icması oxşar qərar qəbul edib. Beləliklə, “erməni soyqırımı”nı tanımış ölkələrin siyahısına baxarkən, sadəcə, təəssüflənirsən ki, daşnaklar dünyanı “göz yaşları içində gülüş”lə aldada bilir: Uruqvay, Güney Kıprıs, Rusiya, Yunan, Kanada, Ləbnan, Plajik, Vatikan, İtaliya, Fransa, Slovakiya, Hələnd, Lehstan, Almaniya, Venesuela, Litva, Şili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan.
Beləliklə, 1945- ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsassız ideyalarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Üstəlik, daha 2 dövlətin xarici əlaqələr komitəsi müvafiq qətnamə lahiyəsini təsdiqləyib.
Əsas məslə bu ölkələrlə qardaş Türkiyənin münasibətləridir. Maraqlıdır ki, o qədər də tanınmayan (bəzilərinin adını bəlkə də ilk dəfərdr eşidirik, lakin onların arasında 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına “çalışan” və məsuliyyəti öz üzərinə götürmüş ATƏT-in Mins qrupu ölkələri – Amerika, Fransa və Rusiya) də var. Erməni soyqırımı ilə bağlı Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döyən Avropa Birliyinin üzvüdür. Amerikada isə “soyqırımı” tanıyan yalnız Kanada və üç latın Amerikası ölkəsi deyil. Türkiyənin strateji müttəfiqi Amerikada “soyqırımı” tanıyan əyalətlərin sayı 30-a çatıb. ABŞ prezidentləri isə isə hər il aprelin 24-də soyqırım sözünün ikiaddımlığından keçir, ermənilərin istəklərində və niyyətlərini gözlərində qoyurlar.
Avropa Birliyinin “Bin-Əlxəlq”i və erməni lobbisi
Amerika və Avropadan kənarda bu saxta soyqırımını tanıyan cəmi iki ölkə var: Rusiya və Ləbnan. Acınacaqlısı budur ki, qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsi Ləbnandır. Onu da qeyd edək ki, “erməni soyqırımı”nı tanıyan “Bin-Əlxəlq” adlı bir təşkilatı da var Avropa Birliyi parlamentinin. Bu qurum “erməni soyqırımı”nı hələ 1987-ci ildə tanıyıb, həm də Fransanın dəstəyi ilə. 1981-ci ildə fransalı parlamentar Jagey erməni xalqının durumu adlı lahiyə hazırlayaraq Avropa parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentar Duport və belçikalı deputat Qlinin qərar lahiyəsi hazırlayıblar. Layihədə ilk dəfə erməni soyqırımı ideyaları Avropa parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa parlamentində sosialist qrupunu təmsil edən fransalı deputatlar həmin lahiyəni yeniləyib. Həmin il başqa bir fransalı parlamentar isə yəhudi lobbisinin təsiri ilə erməni soyqırımı ilə bağlı məruzəçi olmaqdan imtina edib.
Ümumiyyətlə, ermənilər və erməni lobbisinin hədəfi “4T” adlanan tələblərinin yerinə yetirilməsidir. Onlar aşağıdakılardır: soyqırımının dünyada tanınması, Türkiyənin soyqırımı tanıması, Türkiyənin soyqırımına uğramış adamların varislərinə təzminat ödəməsi və Türkiyənin şərqində ermənilərə torpaq verilməsi.
Ermənilər, sadəcə, tanınma ilə kifayətlənmirlər: adıçəkilən ölkələrin əksəriyyətində “soyqırım” abidələrinin qoyulmasına nail olublar. Bədnam ideyalarını təbliğ edən 45000 sayt yaradb, uydurma hadisələrdən ibarət filmlər çəkdiriblər. Bəzi ölkələrdə, məsələn, Almaniyada bu mövzunu dərsliklərə saldırıb, kitablar yazdırıblar. Hətta, demokratik Avropa dövlətlərində “soyqırımı yoxdu deyənin cəzalandırılması”nı qanunlaşdırırlar.
Üç müşktyor“un Dartanyanı və erməni oyunbazlığı
Ermənilərin saxta soyqırımının təbliği xarici ədəbiyyatın, az qala, gündəmini işğal edib. Onların, hətta, bu yoldan da öz çirkin məqsədləri üçün necə istifadə etdikləri yaxşı məlumdur. Erməni Amerikan ədəbiyyatı sözü gedən ədəbiyyat forması öz məzmunu və içərililiyinə görə uydurma erməni soyqırımına və bunun dünyaya sırf ədəbiyyat vasitəsilə çatdırılmasına xidmət edir. Bu ədəbiyyatın bütün yazarları erməni mənşəli Amerika yazıçılarıdır.
Onu da qeyd edək ki, erməni-amerikan yazıçıları iki nəslə bölünür: yaşlı və cavan. Yaşlı nəsil yazıçıları çoxlarına məlum Vilyam Saruyan, Levon Sormeliyan, Albert Asika Bezerides, Maykl Arlen, Piter Sureyan, David Xerdiyan, Marjuri Hosepyan Dubkin, Leon Serabyan Herald, Emanuel Varandyan, Arlen Avakyan, Lev Hamalyan və başqalarıdır.
Gənc nəsil yazarlar isə Nensi Qriqoryan, Piter Balakyan, Mark Araksi, Aris Canikyan, Corc Stambulyan, Karol Edqaryan, Artur Nersesyan, Mişelin Avoronyan Markum, Dahliya Elsayed, Nensi Aqabyan və baqalarından ibarətdir.
“Erməni-amerikan ədəbiyyatı”nın ən məşhur nümayəndəsi Vilyam Saruyandır. Amerikada Estenfurd Universiteti hər il gənc yazıçılar üçün Vilyam Saruyanın “Əlxalq” mükafatını təqdim edir. Mükafatın təltifini maddi tərəfdən dəstəkləyən əsas yazıçının özü tərəfindən 1966-ci ildə Amerikada qoyulmuş “Vilyam Saruyan fondu”dur.
Nəhayət, ermənilərin iç üzü açıldıqca onların saxta “göz yaşları”na inanmayanların da sayı artmaqdadır. Ona görə də “soyqırımı”nın tanınması ilə bağlı qərarların ləğvinə başlanılıb. Ukraynanın Xarkov vilayətinin İzyum şəhər şurası 2010-cu ildə qondarma erməni soyqırımının tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Bu bardə şəhər şurasının növbəti oturumunda qərar qəbul olunub. Bütün dünya bilir ki, qondarma erməni soyqırımı islama qarşı siyasi maraqdır…

Məhəmməd NƏRİMANOĞLU
Subyekt.az