Ermənistan XİN başçısı:
Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması da sülhün mühüm tərkib hissəsidir:
“Biz nəinki hazırıq, həm də nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq. Xüsusilə, söhbət Azərbaycanla dəmir yolu əlaqələrindən gedir. Bunun tənzimlənməsi, təbii ki, bərabərlik prinsipinə uyğun olacaq”.
Subyekt.az