Bu şəkillər 30 ildən çox Ermənistan işğalında qalan Azərbaycanın anklav olmayan 4 kəndindən birinə aiddir. Tamamilə dağıdılıb və xarabalığa çevrilib. Bütövlükdə, işğal nəticəsində Azərbaycanın 900-dən çox yaşayış məntəqəsi dağıdılaraq məhv edilib.
İşğal Azərbaycan iqtisadiyyatına yüz milyard dollarla ziyan dəyib. Bu ziyanı isə Azərbaycan hər hansı kənar dəstək olmadan öz daxili maliyyə mənbələri hesabına qarşılayır. Xarabalığa çevrilmiş ərazilərə yenidən həyat qayıdır. Niyə bu ərazilərin və ən əsası ədalətin bərpası üçün daha səmimi Brüssel görüşü təşkil edilmir?
Subyek.az