Ermənistan Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçir . Xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk qrupunun buraxıla biləcəyini bəyan edib. Xatırladaq ki, rəsmi Bakı ATƏT-in Minsk qrupunun de-yure mövcudluğunun sülhə maneə yaratdığını bəyan edib. Prezident İlham Əliyev ötən ilin sonlarında Rusiya mətbuatına müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir.“Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”, – dövlət başçısı bildirib.
Subyekt.az