Ermənistanda klublar və azarkeşlər Ermənistan Futbol Federasiyasının rəhbərliyini istefaya səsləyib. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Federasiya prezidenti Armen Melikbekyanın istefası ilə bağlı tələb “Pyunik” və “Urartu” klubları tərəfindən irəli sürülüb. Daha sonra “Şirak” klubu da bu aksiyaya qoşulub.
Etirazlar ölkə çempionatında da nümayiş etdirilib. Belə ki, fanatlar “Noa” – “Urartu” matçının 13-cü dəqiqəsində pankartlar və fakellərlə meydana daxil olaraq futbol qurumuna qarşı şüarlar səsləndiriblər. Nəticədə oyun yarımçıq dayandırılıb. Bir müddət sonra matç yenidən davam edib.
Subyekt.az