
Ərdoğan və Zelenski fevralın 18-də Ankarada Ukraynadakı münaqişənin həlli prosesini müzakirə edəcəklər.
Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Zelenskinin Türkiyəyə səfəri Rusiya Federasiyası və ABŞ-ın rəsmi nümayəndə heyətləri arasında çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlara təsadüf edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüş Rusiya-Amerika münasibətlərinin bərpasına, Ukrayna münaqişəsi üzrə mümkün danışıqların hazırlanmasına, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün təşkilinə həsr olunacaq. Rusiyanı görüşdə xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov təmsil edəcək. Amerika tərəfinə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun daxil olacağı gözlənilir.
Subyekt.az