
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib. O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. “Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostum və hörmət etdiyim insandır. Onun da mənə hörmət etdiyini düşünürəm”, – Tramp deyib. Respublikaçıların lideri Ərdoğanın çox güclü və ağıllı lider olduğunu diqqətə çatdırıb.
Subyekt.az