![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə telefonla danışıb. Ərdoğan təyyarə qəzasında həlak olanlardan kədərləndiyini və başsağlığı verdiyini bildirib.
Prezident Aparatının Kommunikasiya İdarəsindən verilən açıqlamada prezident Ərdoğan və Liviya Baş naziri Dibeybenin telefonla danışdığı bildirilib.
Bəyanatda deyilirdi: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb. Zəng zamanı Prezidentimiz təyyarə qəzası nəticəsində Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın və onunla birlikdə olanların həyatını itirməsi ilə bağlı kədərini və başsağlığı verib”.
Subyekt.az