![]()
Ermənistan Baş naziri Nikol Paşinyan zirvə toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da dəvət edib.
Türkiyə Prezidentinin İrəvana gedib-getməyəcəyi maraq doğurur.
Subyekt.az xəbər verir ki , Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Prezident Ərdoğanın İrəvana səfəri baş tutmayacaq.
“İrəvanda Avropa Siyasi Birliyinin VIII toplantısı mayın 4-də baş tutacaq. Tədbir çox az bir müddət qalıb. Cənab Prezidentimiz Rəcəb Tayyip Ərdoğanın toplantıda iştirak üçün İrəvana səfər etməsi mümkün görünmür”,-deyə Ş.Ayrım vurğulayıb.
Subyekt.az