
“İğdır-Naxçıvan qaz kəməri sayəsində biz ən azı 30 il ərzində Naxçıvanın bütün təbii qaza olan tələbatını ödəyəcəyik”. Subyekt.az “Qafqazinfo” -a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. “Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı İğdır-Naxçıvan qaz kəmərinin açılışını həyata keçirdik. Həmçinin qardaşım İlham Əliyev ilə başda Ermənistanla sülh danışıqları olmaqla, bir çox mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”. Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Subyekt.az