![]()
Babək Niftəliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbində yeni vəzifəyə təyin edilib.
subyekt.az xəbər verir ki, Əməkdar artist məktəbin xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. Təyinatla bağlı müvafiq əmr məktəbin rəhbəri Teymur Göyçayev tərəfindən imzalanıb.
Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. O, musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Texnikumunda alıb. Uzun illərdir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərən sənətkar milli musiqimizin inkişafı və gənc ifaçıların yetişdirilməsi istiqamətində xidmətləri ilə tanınır.
Yeni vəzifəyə təyin olunması Babək Niftəliyevin musiqi təhsili sahəsindəki fəaliyyətinə verilən yüksək dəyər kimi qiymətləndirilir.
subyekt.az kollektivi adından Əməkdar artist Babək Niftəliyevi təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Subyekt.az