Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb
23 May 2026
Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat paylaşıb.
Bildirilib ki, görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib.