![]()
Dekabrın 9-da elm və təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüş zamanı Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və ICESCO-nun birgə təşəbbüsü ilə keçirilmiş “İslam Dünyası üçün Süni İntellekt İndeksinin Təqdimatı” adlı beynəlxalq konfransın nəticələri və bu istiqamətdə həyata keçirilə bilinəcək növbəti addımlar müzakirə edilib.
Eyni zamanda, görüşdə iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

.

Subyekt.az