![]()
Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də İsmayıllı şəhərində İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinlərini qəbul edəcək.
Vətəndaşlar avqustun 18-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146 – 2, 146 – 6) ilə əlaqə saxlayaraq, həmçinin rəsmi saytının “Əlaqə” bölməsinə (https://edu.gov.az/az/contact_us) elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Subyekt.az