![]()
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktrisa və qiraət ustası Əminə Yusifqızının anadan olmasının 90 illiyi tamam olur.
Əminə Yusifqızı 1936-cı ildə Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında və Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, daha sonra “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Şərikli çörək”, “Sən niyə susursan?”, “Qətl günü”, “Tənha durna uçuşu” və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb, eyni zamanda zəngin dublyaj və səsləndirmə fəaliyyəti ilə tanınıb.
1982-ci ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülən sənətkar 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Əminə Yusifqızı 2025-ci ildə vəfat edib.
Subyekt.az