![]()
Bu gün Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Binəqədi rayonu Binəqədi qəsəbəsində vətəndaşları qəbul etdi. Bələdiyyə binasında keçirilən görüşə rəsmi şəxslər, şəhid ailələri və digər qəsəbə sakinləri qatıldı.
Qəbul zamanı vətəndaşlarla ümumi qaydada görüşüldü, müraciət və təkliflər dinlənildi. Bəzi məsələlər yerində öz həllini tapdı, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün qeydiyyata alındı.

.

.

.

.

Subyekt.az