![]()
Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Təbrikdə deyilir:
“Əziz həmvətənlər, dəyərli soydaşlar!
Hər birinizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizlərə uzun ömür, can sağlığı arzulayıram.
Bu gün dünya müsəlmanlarını mənəvi dəyərlər ətrafında birləşdirən mübarək Qurban bayramı İslam dininin əsas bayramlarından biri kimi insanları həmişə birliyə, bərabərliyə və qardaşlığa dəvət edir.
Bildiyiniz kimi, xeyirxahlıq və humanizm duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlərdə dövlətimiz və xalqımızın rifahı, əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ruhu ehtiramla yad olunur.
Bir daha Sizlərə səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üzərindən əskik olmasın.
Qurban bayramınız mübarək olsun!”
Subyekt.az