![]()
Deməli, bu sağdakı şərəfsiz 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı idi. İyul ayının 4-də o vaxtkı Marksizm-Leninizm İnstitutunun təşəbbüsü ilə Moskvada millətlərarası münasibətlərə həsr olunmuş ikigünlük müşavirə keçirilirdi. Azərnəşrin direktoru mərhum Əjdər Xanbabayevlə mən də iştirak edirdim. Bu şərəfsiz Poqosyanla birlikdə bizdən qabaqkı sırada, qabağımızda oturmuşdu.
İlk sözü Qarabağın xüsusi nümayəndəsi Arkadi Volskiyə verdilər. Volskinin ilk cümləsinə dözmədim, yalanlarını sübut etmək üçün yerimdən qalxdım və pasportumu çıxarıb cavabını verdim. O şərəfsizin ilk cümləsini olduğu kimi yazıram: “Ya obyezdil vsyu stranu, takoqo otstaloqo kraya, kak Naqornıy Karabax niqde ne vstretil” — “Mən bütün ölkəni qarış-qarış gəzmişəm, Dağlıq Qarabağ kimi geridə qalmış diyar görməmişəm”.
O zaman Volski keçmiş Dağlıq Qarabağ və ətraf rayonlardan SSRİ Ali Sovetinə deputat təyin edilmişdi. Pasportumu açıb göstərdim ki, mən sənin təmsil etdiyin Kəlbəcər rayonundanam. Niyə yalan danışırsan, camaatı aldadırsan? Kəlbəcərdə birinin qolu qırılanda Ağdərənin Ortakənd adlı kəndinə aparırdılar, çünki Kəlbəcərdə adi rentgen aparatı yox idi, amma Dağlıq Qarabağın adi kəndində hər cür tibbi şərait yaradılmışdı.
Bu dünən it kimi gəbərən gədə çevrildi mənə tərəf və dedi: “Skoro Kelbadjar toje budet naşim”. Təbii ki, mən də cavabını təhqirlə verdim, amma tarix göstərdi ki, bunlar o vaxtdan hazırlaşırmışlar. Akademik Əfrand Daşdəmirov və köməkçisi Eldar Namazov da iştirak edirdilər. Eldar müəllim sağdır və şahiddir.
İclasın gedişini pozduq, İnstitutun direktoru Georgi Smirnov iclası dayandırıb fasilə elan etdi. Fasilədə Volskiyə yaxınlaşdım və dedim ki, əgər yalanlarını və bizə qarşı qərəzini davam etdirsəniz, təcili qayıdacağam Azərbaycana və Kəlbəcər, Laçın, Qubadlı camaatının imzasını toplayıb sizi geri çağırtdıracağıq. Fasilədən sonra Volski çox sönük və həvəssiz şəkildə çıxışını davam etdirdi.
Sonra bizim nümayəndə heyətindən Əfrand Daşdəmirov çox məzmunlu və məntiqli çıxış etdi və iclasın mahiyyətini dəyişdirməyə nail olduq. Eldar Namazovun da çox böyük dəstəyi oldu. Axşam Əjdər müəllim otel nömrəmə zəng vurdu ki, “Vremya”da səni göstərirlər. Ayaqüstə Volskiyə verdiyim cavabı verirdilər…
Dediyim odur ki, bu şərəfsizlər dediklərini etdilər, amma şanlı Azərbaycan Ordusu, qəhrəman şəhid və qazilərimiz bunların ömürlük arzularını əbədiyyən gözlərində qoydular.
P.S. İndi o tərəfdə bu gədə ilə ciddi məşğul olurlar. Netanyahu kimi, bu da bəbək qatili olub. 13 yaşlı uşağın dərisini diri-diri soyub…

Əlövsət Ağalarov