![]()
Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış pianoçu və pedaqoq Elmira Səfərovanın anadan olmasının 92 illiyi tamam olur.
Elmira Səfərova 1934-cü ildə Bakıda anadan olub. Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında alıb, istedadlı pianoçu kimi solo və simfonik konsertlərdə çıxış edib. Onun ifasında Qara Qarayev, Fikrət Əmirov və Cövdət Hacıyevin əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də səslənib.
Professor və pedaqoq kimi də fəaliyyət göstərən Elmira Səfərova Azərbaycan fortepiano məktəbinin inkişafına mühüm töhfələr verib. 1997-ci ildə vəfat edən sənətkarın yaradıcılığı musiqi tariximizdə özünəməxsus yer tutur.
Subyekt.az