![]()
Manisadakı evində elektrik cərəyanı vuran Manisa Böyükşəhər bələdiyyəsinin sədri Ferdi Zeyrek 48 yaşında müalicə olunduğu xəstəxanada vəfat edib.
Bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında paylaşım edib.
“Manisa Böyükşəhər Bələdiyyə sədrimiz Ferdi Zeyreyin vəfat etməsi məni dərindən kədərləndirdi.
Mərhum F. Zeyrəyə Allahdan rəhmət diləyir, ailəsinə, həmkarlarına, Manisa xalqına və bütün CHP təşkilatına başsağlığı verirəm”.
Qeyd edək ki, Manisa Böyükşəhər bələdiyyə sədri Ferdi Zeyrek evində yaşadığı qəza nəticəsində xəstəxanaya yerləşdirilmişdir. Bir müddətdir müalicə alan F. Zeyrek göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Subyekt.az