![]()
Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu vətənimizin dəyərli ziyalısı, görkəmli alim Qasımov Cəlal Cəlil oğlunun övladı Elçin Qasımov Slovakiyanın ölkəmizdəki səlahiyyətli səfiri təyin edilmişdir.
Elçin Qasımov uzun illər boyunca Slovakiya dövlətinin mühüm dövlət qurumlarında, xüsusilə diplomatiya sahəsində yüksək peşəkarlıqla fəaliyyət göstərmiş, qazandığı dərin hüquqi və beynəlxalq təcrübələri ilə seçilmişdir. O, Azərbaycanın adını və dövlətini hər zaman qlobal miqyasda böyük məsuliyyət və ləyaqətlə təmsil edərək, Vətənimizin nüfuzunun daha da artmasına ciddi töhfələr vermişdir.
Slovakiya–Azərbaycan diplomatik münasibətlərinin qurulmasında və dostluq əlaqələrinin formalaşmasında Elçin Qasımovun atası Cəlal Qasımovun əvəzsiz rolu olmuşdur. İnanırıq ki, yüksək hüquqi biliklərə, diplomatik uzaqgörənliyə və zəngin təcrübəyə malik olan səfir Elçin Qasımovun fəaliyyəti dövründə bu əlaqələr daha da inkişaf edəcək və iki ölkə arasında əməkdaşlıq ən yüksək zirvəyə çatdırılacaqdır.
Yeni diplomatik missiyasında Elçin Qasımova uğurlar və nailiyyətlər arzulayırıq.
Qasımov Cəlal Cəlil oğlunun 1952- ci ildə, aprel ayının 16-da Kəlbəcər rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olan Calal Cəlil oğlu, həmin orta məktəbi 1969-cu ildə qurtarmışdır. O, 1970-ci ildən 1973-cü iə qədər Minsk şəhərində ordu sıralarında xidmət etmişdir.
C.C.Qasımov 1973-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Sonra təhsilini 1974-cü ildən Slovakiyadakı Bratislava Texniki Universitetinin İnşaat fakültəsində davam etdirmişdir. O, Slovakiyaya Azərbaycan dövlətinin göndərişilə getmişdir. 1980-ci ildə həmin universitetin “Yerüstü və yeraltı qurğuların tikintisı” fakültəsini müvəffəqiyyətlə bitirmişdir.
Ali təhsil alandan sonra C.C.Qasımov təyinatla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna gəlib, assistent işləməyə başlamış, 1983-cü ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1987-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur.
C.C.Qasımov 1987-ci ildə professor Bünyad Sərdarovun rəhbərliyi ilə “Bitum şlamı və polimer əsaslı idman meydançaları döşəmələrinin tərkibi yaradılmasının əsasları” dissertasiya müdafiə edib və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. Müdafə Moskva İnşaat Mühəndisləri İnstitutunda keçirilmişdir.
C.C.Qasımov sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş müəllim və dossent işləmişdir. 1988-ci ildə həmin institutda Xarici tələbələr fakültəsinin dekanı seçilmişdir.
C.C.Qasımov 1992-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun doktoranturasına qəbul olub, həmin univeristetdə dossent işləmişdir. O, 1997-ci ildə Münhen Mühəndislər Akademiyasının akademiki Adolf Merkinin məsləhətçiliyi ilə “Polimer əsaslı tennis isman meydançalarının örtükləri” mövzusunda dissertasiya müdafiə edərək texniki elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Elmi fəaliyyətlərini davam etdirən C.C.Qasımov 4 müəlliflik şəhadətnaməsi almış, 35-dən çox elmi əsər yazıb nəşr etdirmişdir.
O, bir neçə dəfə Ankara Orta Şərq Texniki Universitetində, İstanbul Texniki Universitetində və Slovakiya İnşaat Universitetində mühazirələr oxumuşdur.




#Azərbaycan #Slovakiya #Səfir #ElçinQasımov #CəlalQasımov
Subyekt.az