
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib. Dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub. Körpələrdən biri qız, digəri isə oğlandır. Məlumatı ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”. Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
Subyekt.az