Azərbaycan xalqı həyatının ən gözəl günlərini,tarixin ən möhtəşəm anlarını yaşayır. Tarixi qələbənin təntənəsi hər birimizin qəlbini riqqətə gətirir.
Bu qələbənin əsasında dünyada yaşayan azərbaycanlıların, Azərbaycan Silahlı Qüvvələrinin, azərbaycan xalqının mərdliyinin, mübarizliyinin,əzmkarlığının Ali Baş Komandanın Dəmir yumruğunda birləşməsi durur. O Ali Baş Komandan ki, dünyanın böyük güclərinin qarşısında mərdi – mərdanə dayandı, haqqın, ədalətin carçısına çevrildi , bir addım belə geri çəkilmədi. Xalqının ədalət uğrunda mübarizəsini sona kimi aparacaqlarını böyük güclərə açıq-açıq söylədi.İstər hərb meydanında, istər siyasi arenada ,siyasi müstəvidə əsl lider kimi iradə, dözüm göstərdi, hər cür mürəkkəb vəziyyətdən çıxış yolu tapdı,lazımi məqamda doğru qərarlar qəbul edərək son məqsədə addım-addım yaxınlaşdı..
Əgər bir insan ağlı, bədəni və ruhuyla bir işə kilidlənirsə, o işin olub-olmama ehtimalını incələmir. Məqsəd düşünülübsə sonuc bəllidir.
Vacib olan həfəf,məqsəd, qətiyyətdir…
Biz də xalq olaraq bir ürəkdə, bir ruhda nəyi?, necə?, nə zaman ? edəcəyini bilən beynin Dəmir yumruğunda birləşərək dünyanı silkələyən qələbəyə imza atdıq.
Mənə görə 200 ildən sonra bütövləşən Azərbaycan, üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqlarımız Ulu öndər, xalqının xilaskarı, dünyanın siyasi incilərindən olan Heydər Əliyevin xatirəsinə, onun 100 illik yubileyinə ən gözəl hədiyyədir. Verilən söz, yerinə yetirilən tapşırıq, başa çatmış missiya idi.
Azərbaycan, qayalarda bitən bir çiçək.
Azəraycan, çiçəklərin içində qaya
Mənim könlüm bu dünyanı vəsf eyləyərkən
Azərbaycan dünyasından baxır dünyaya!
İndi isə dünyanın gözü, diqqəti bizdədir.Dünyanın böyük dövlətləri Azərbaycan xalqının birliyinə, əxlaqi dəyərlərinə sadiqliyinə, əzminə heyranlıqla baxırlar.Çünki, bu tarixi zəfərin başlandığı gün- 27sentyabr 2020-ci ildən Azərbaycan özü boyda günəş kimi parlayaraq bütün dünyanı işıqlandırdı.
Azərbaycandan dünyaya yayılan işıq haqqın,ədalətin bərpasının, bir xalqın mübarizəsinin parlaqlığı idi.
Azərbaycandan dünyaya yayılan işıq ordumuzun hərb mədəniyyətinin,hərb mənəviyyatının, hərbi strategiyasının dünyaya keçdiyi dərsin işığı idi.
Azərbaycandan dünyaya yayılan işıq, torpaqları işğala məruz qalmış xalqlara verilən “,hər vaxt, hər zaman” stimulunun şəfəqləri idi.
Belə bir tarixi yaradan oğulların şəninə deyiləcək sözlər çox incəliklə seçilməli, onların qəhrəmanlığına layiq olmalıdır.
Mən bu qələbəni əldə edən, qanıyla vətən torpağını yoğuran, cismini bu torpağa fəda edən, sevgili vətənin ana qucağı kimi isti qoynunda uyuyan şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə sevgi və sayğılarımı bildirirəm, ilin bütün fəsillərində sərhədlərimizi əzmkarlıqla qoruyan silahlı qüvvələrin sıravi əsgərindən ən yüksək rütbəli zabitinə kimi hər kəsə bu müqəddəs işdə möhkəm iradə,səbr, ruh yüksəkliyi arzulayıram.
M.Aslan deyirdi:
Vətən gözdür,biz kirpik
Gözümüzün keşiyini çəkirik.
Kirpik gözün keşiyini çəkdiyi kimi,bu qəhrəman oğullar da torpaqlarımızın keşiyində hər zaman ayıq-sayıq dururlar. Haqqınız ödənməz igidlərim.
Bütün dünya bilməlidir ki, cəmiyyət yaranandan bu xalq bu torpaqlarda yaşayıb, dünyanın sonunadək də əbədi olaraq bu torpaqlarda var olacaqlar. Yüz illərlə vətənin bağrından hissə-hissə qoparılan torpaqlar, yerləşdiyi coğrafiyadakı işğalçı zehniyyətli qonşuların onu param parça etməsi bu xalqı heç zaman sarsıtmadı, boyun əyməyə məcbur edə bilmədi, əksinə mübarizəyə bir az da köklədi.Yurda bağlılığı, əzmkarlı daha da alovlandırdı, gücləndirdi. Və …son. Xalqın yenidən doğuluşu, ağıl almayacaq birliyi, qisas hissi, son damla qanına kimi mücadilə edib torpağının xilaskarına çevrilməsi, əsgərinin tətikdəki titrəməyən barmaqları Zəfər dastanı yazdı, Qarabağ Azərbaycandır! dedi.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev 2022- ci il Şuşada keçirilən Zəfər günündə belə demişdi:
– Bu Zəfər bayramıdır, bu ədalət bayramıdır!
– Bu milli mənlik, milli kimlik, ləyaqət bayramıdır!
Biz ləyaqətimizi bərpa etdik!
Biz xalq olaraq üçrəngli bayrağımızı bütün torpaqlarımızda dalğalandırmağa, möhtəşəm himnimizi Azərbaycanımızın 86,6 min kv.km.nin hər qarışında səsləndirilməsinə nail olmuşuq.
Nə gözəl təntənə. Nə möhtəşəm qələbə.
Uşaqlığı müharibənin ən gərgin zamanına , gəncliyi məcburi köçkünlüyün sıxıntısına, mənəvi zərbələrinə sinə gərən biri kimi bu gün zəfər yolunun hər anına şahidlik etdiyim, bu tarixin bir parçası olduğum üçün, bu tarixi kitablardan yox, xatirələrdən,yaşanmışlardan öyrəndiyim üçün şanslıyam.
Və…bu gün bir Azərbaycan müəllimi kimi, Azərbaycan xanımı, ana kimi, ən əsası bir Azərbaycan vətəndaşı kimi böyük şövq və məhəbbətlə deyirəm:
Zəfər sənə çox yaraşır, Vətən !
Zəfər sənə çox yaraşır, Azərbaycan !
Zəfər sizə çox yaraşır, mənim mərd, müdrik, mübariz və əzmkar xalqım !
Bayramımız mübarək, Qələbəmiz mübarək !
Vəsilə CƏFƏROVA
Kəlbəcər rayon 49 nömrəli tam orta məktəbin direktoru.
#Qarabağ_Azərbaycandır #Kəlbəcər #ZəfərBayramı
Subyekt.az