![]()
Cavidin şagirdi, cümhuriyyətin şairi, rejimin qurbanı olan şair. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildən çap olunmağa başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini – “Azərbaycan marşı”nı yazır. Məhəmməd Əmin Rəsulzadə yazırdı:
“O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”
Subyekt.az