![]()
Əfqanıstanın şimalındakı Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədənində çökmə nəticəsində azı 35 fəhlə dağıntılar altında qalıb. Hadisə dekabrın 14-də axşam saatlarında baş verib.
Hazırda dağıntılar altında qalanların taleyi naməlumdur. Hadisə yerinə tibbi qruplar və təcili yardım maşınları cəlb olunub. Xilasetmə işlərinin aparılması üçün səylər davam edir.
Subyekt.az