![]()
Bu barədə AFP məlumat yayıb.Efiopiya hökuməti təsirə məruz qalan ərazilərdə təxminən 80 min insanın yaşadığını və ən həssas insanların müvəqqəti sığınacaqlara köçürüldüyünü bildirib.“Zəlzələlərin sayı maqnituda və tezliyə görə artır”, – deyə məlumatda bildirilir.Dəymiş ziyanı qiymətləndirmək üçün əraziyə ekspertlər göndərilib.Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, son zəlzələ 4,7 bal gücündə, saat 12:40 radələrində Oromiya əyalətinin Metehara şəhərindən təxminən 33 kilometr şimalda baş verib.Zəlzələlər evlərə ziyan vurub və Afar bölgəsindəki Segento yaxınlığında əvvəllər sönmüş Dofan vulkanını oyadıb.
Subyekt.az