Skip to content
06 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Ədliyyə naziri Penitensiar xidmətin fəaliyyəti ilə tanış olub
  • Xəbərlər

Ədliyyə naziri Penitensiar xidmətin fəaliyyəti ilə tanış olub

11 May 2024
IMG-20240511-WA0027
5

Loading

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə, o cümlədən penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması və infrastrukturun müasirləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Paytaxtda və bölgələrdə yeni müasir penitensiar komplekslərin inşa olunaraq istifadəyə verilməsi məhkumların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyasına xidmət edir.

Bu sahədə görülən işlərlə tanış olmaq məqsədilə ədliyyə naziri Fərid Əhmədov Nazirliyin Penitensiar xidmətinə baş çəkib.

Əvvəlcə xidmətin Baş idarəsində olan nazir yeni inşa olunmuş muzeydə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib. Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov inzibati binada yaradılan müasir iş şəraiti barədə məlumat verib.

Sonra nazir təqsirləndirilən şəxslərin saxlanıldığı Bakı istintaq təcridxanasına və cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan məhkumlar üçün Tərbiyə müəssisəsinə və 4 saylı Qadın cəzaçəkmə müəssisəsinə, Xidmətin Təlim Mərkəzinə səfər edib, onların fəaliyyəti, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraiti, tibb və ərzaq təminatı, istehsalat sahələri, yeniyetmə məhkumların təlim-tədris prosesi ilə tanış olub.

Tanışlıq zamanı nazir F.Əhmədov Xidmətin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, rejim və davranış qaydalarına riayət edilməsi, məhkumların hüquqlarının təmin olunması, onların islah prosesinin səmərəli təşkili və digər məsələlərlə bağlı tapşırıqlar verib.

 

Subyekt.az

Continue Reading

Previous: Azərbaycan torpaqlarında daim sülh olacaq
Next: Hava Limanında işləmək üçün işçi axtarılır – MAAŞ 1300 MANAT – VAKANSİYA

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Həlak olanların cənazələri Azərbaycana gətiriləcək
  • Həlak olan hərbçi ilə bağlı Müdafiə Nazirliyinin məlumatı
  • Türkmənistanın xarici işlər naziri ilə Azərbaycanın mədəniyyət naziri arasında görüş keçirilib
  • Hərbçimiz Kəlbəcərdə əsgəri xilas etdi, özü həlak oldu
  • Sabah aramsız yağış yağacaq

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

719506657_1426679469503158_2375542423197865819_n
  • Ölkə
  • Xəbərlər

Həlak olanların cənazələri Azərbaycana gətiriləcək

06 İyun 2026
image_940x_6a24025516438
  • Ölkə
  • Xəbərlər

Həlak olan hərbçi ilə bağlı Müdafiə Nazirliyinin məlumatı

06 İyun 2026
715651475_1321912320029866_8976406634785626662_n
  • Mədəniyyət
  • Ölkə

Türkmənistanın xarici işlər naziri ilə Azərbaycanın mədəniyyət naziri arasında görüş keçirilib

06 İyun 2026
1780737508765-a5699de901ce-content-1
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

Hərbçimiz Kəlbəcərdə əsgəri xilas etdi, özü həlak oldu

06 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.