
Yüksək idealları və məfkurəsi yolunda mübarizə aparan görkəmli şəxsiyyətlərdən biri, XIV əsrin axırı XV əsrin birinci yarasında yaşamış Seyid İmadəddin Nəsimidir. Nəsiminin mürtəce şər qüvvələrə qarşı son nəfəsinə qədər fədəkarcasına mübarizəsi və bu yolda öz həyatını qurban verməsi böyük bahadırlıq dastanı kimi beş yüz ilıdən bəridir ki, yaşamaqdadır. Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu il, Şamaxı-1417-ci il, Hələb)-azərbaycanlı şairi, mütəfəkkirdir. Nəsimi klassik Azərbaycanın ustad şairidir. O, doğma dilimizdə sanballı əsərlər yaradan ilk sənətkarlardandır. “İmadəddin Nəsimi” adı ilə məşhurdur. Orta əsirlərdə Şamaxıda zəmanəsinə görə qüvvətli təhsil verən mədrəsələr var idi. Nəsimi bu mədrəsələrdə mükəmməl təhsil almış, ana dilindən başqa, ərəb və fars dillərini, riyaziyyat astronomiya, təbiət, fəlsəfə, məntiq elmlərini öyrənmişdir. Nəsimi gözüaçıq bir ailədə yetişmiş, peşəkarların, xırda sənətkarların mühitində təlim-tərbiyə almışdır. İlkin şeirlərini məşhur sufi Hüseyin Həllac Mənsurun şərəfinə, şairin öz müəlliminə ehtiram və yaxınlıq əlaməti olaraq “Nəsimi” və “Hüseyni” təxəllüsü ilə yazan Nəsimi XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan “Hürufi” sufi təriqətinə qoşulmuş və təriqətin qurucusu təbrizli Fəzullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsünü götürmüşdür. Nəsimi qısa zamanda hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanımmış simalarından birinə çevrilmiş, şeirləri dildən-dilə düşmüşdür. Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymuri hakimiyyəti 1394-cü ildə F. Nəimini edam edir. Müəlliminin edamından dərin sarsıntı keçirən Nəsimi onun vəziyyətinə əsasən təriqəti yaymaq üçün Təbrizə, oradan da Anadoluya gedir. Əngin batini fikirləri təbliğ etməsi Nəsimini daim təqiblərə məruz qoyur. Bunun nəticəsi olaraq o, 1417-ci ildə həbs edilir və Suriyanın Hələb şəhərində edam olunur. Şairin məzarı da Hələb şəhərindədir. Həyatı və yaradıcıllığı əsl vətəndaş hünəri timsalı olan İmadəddin Nəsiminin qüdrətli səsi əsrləri adlayaraq bizə gəlib çatmışdır. Nəsimi Azərbaycan xalqının həqiqətən böyük oğludur, çünki öz ana dilində ilk dəfə yazıb-yaratmışdır və şairin hünəri heç vaxt unudulmayacaqdır. Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır. Alovlu insanpərvər şair yaşadığı cəmiyyətdə səadət, ədalət, həqiqət görmədiyi üçün kədərlənir, onun şeirlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülümdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. Doğruluğu, haq-ədalət və xeyirxahlığı tərənnüm edir. Humanist şair insan ləyaqətini alçaldan, onun mənəvi azadlığını buxovlayan feodal dünyasına qarşı alovlu etiraz səsini qaldırdı.
Şeirlərinin təməl anlamını İslam təsəvvüfünün vəhdəti-vücud ideyası və ilahi eşq təşkil edən Nəsimi fars, ərəb, Azərbaycan türkcəsində mükəmməl şeir nümunələri ortaya qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmış, rübai və tuyuğlarında sadə xalq dilindən istifadə etmişdir. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkürə təsir göstərmişdir. Klassik şairimizin odlu poetik nəfəsindən hərarət saxlayan qaynaqlardan biri də XVI əsrdə Aşıq Çələbi tərəfindən tərtiblənmiş “Məşairüş–şüara” adı ilə tanınan təzkirədir. Nəsiminin olduqca enerjili, üsyankar (və mükəmməl) poetik “Mən”i vardır, və nəinki Azərbaycan, ümumən türk xalqları (bəlkə də dünya) poeziyasında bu qədər parlaq, həcmli, dərin (ilahi) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir. Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə getmiş (və bu yolda edam olunmuş, dərisi soyulmuş) dahi şair-mütəfəkkirin, sufizm-hurifizm təbliğatçısının “mən”i haqqında ən papulyar, kütləvi məlumat, ilk növbədə onun məhşur şeirlərində ifadə olunur. Böyük şair Nəsimi insana olduqca yüksək dəyər verir, insanı ən ali varlıq hesab edir. Onun fikrincə insan sifətinin Allah qələmi ilə çəkilən gözəlliyini tərifləyir və ənəlhəqq (mənəm Allah) deyən fədakar sufilərin bu məhşur şüarını sözün həqiqi mənasında deyil, məcaz kimi qəbul edir. O, insanı ülviləşdirir. İnsana səcdəyə gəlməyən mələk bu ilk insanın fəzilətlərindən xəbərsizmiş.
Səcdəgah etmişdi eşq əhli qaşın mehribanı,
Qılmadan xeyli məlayik səcdeyi-Adəm hənuz.
Nəsimi poeziyasının leytmotivi insandır; zəkalı, kamil, gözəl insan; öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğruçul, sadiq, vəfalı insan! Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Şairin fikrincə insan bütöv bir aləmdir, insan kainatdır.
Mən mülki-cəhan, cəhan mənəm, mən,
Mən ərşi –məkan, məkan mənəm, mən.
Deməli,insan bundan daha böyükdür, o kainata da sığmır… İnsana, şəxsiyyətə aid bütün bəşəri keyfiyyətlər şairin gözəllik aləminə daxildir, onun təsvir hədəfidir. Haqqın, həqiqətin tərənnümü Nəsiminin şəxsiyyəti ilə poeziyası arasında bir vəhdət, bağlılıq, həmahənglik yaradır. Nəsimi fitrətən haqq, həqiqət aşiqi idi. Buna görə, hər şeydən əvvəl; həqiqət olan insanın sözü də həqiqət olmalıdır: Bu keyfiyyətlər Nəsimidə onun poetik amalı kimi səslənir.
Cümlə həqdir, hər nə kim, mövcud imiş,
Həqqə sacid, həqqə hər məscud imiş.
Əsl böyük həqiqət isə insandır, insanın mövcudluğudur. Haqq, həqiqət özü də ancaq insanla bağlı keyfiyyətdir, insana məxsusdur, bəşəridir. Belə olan surətdə insan həqiqətin keşiyində durmalı, mövcud aləmin sahibi, habelə haqqın, ədalətin başçısı-allahı olmalıdır:
Ey könül, həq səndədir, həq səndədir,
Söylə həqqi kim, ənəl-həq səndədir.
Və ya:
Bulmuşam həqi, ənəl-həq səndədir,
Həq bənəm, həq bəndədir, həq söylərəm.
Böyük şair, filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etmişdir.
“Doğru söz doğrulara acı deyil”, “Qövli yalançı ilə olma müsahib, çək əlin…” Altı yüzillik bir zaman məsafəsini qət edib gələn bu müdrik hökmlər böyük Nəsiminin köhnəlmək, unudulmaq bilməyən həyat qənaətidir. Söz insanın mənəvi dayağı, zövqü, səfasıdır, ləyaqəti, şöhrəti, şanıdır. Əbəs yerə deyil ki, söz, sözün bu qüdrəti bizim Nizami, Füzuli, Xətai, Nəsimi kimi söz ustadlarımızın mövzusu olmuş, onlar söz haqqında ölməz şeirlər demişlər. Nəsiminin “Söz” rədifli şeiri ana dilində yazılmış söz haqqında ilk şeirdir. Şeirdə sözə, söz sənətinə yüksək qiymət verilir; çünki söz, nitq insanın ilk zəruri keyfiyyətidir:
Dinləgil bu sözü ki, candır söz,
Aliyi-asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh anla və baq,
Şeylə kim xaliqi-cahandır söz…
Şairin təsvirincə söz dünyanın bəzəyidir; dünyada söz qədər füsünkar, söz qədər ali, söz qədər cahanşümul bir nemət yoxdur, söz “tərcümandır”, söz “könüldə candır”, söz “payəkandır”, söz “asimandır”, söz “sahib zəmandır” və s. Söz insana həyat verir, söz həqiqəti aşkar edir, insanlar arasında ünsiyyət yaradır, onları bir-birinə bağlayır, qovuşdurur. Buna görə insanın danışığından, sözündən, söhbətindən Nəsimi zövq alırdı, insan nəfəsi onu qanadlandırırdı. Nəsimi deyirdi ki, insan olan kəs gərək ağıllı danışsın, onu sözü yığcam, fikri isə geniş olsun.
Aqilsən, sözünü müxtəsər et!
Ey Nəsimi, çü bikərandır söz-
Həyatı və yaradıcıllığı əsl vətəndaş hünəri timsalı olan İmadəddin Nəsiminin qüdrətli səsi əsrləri adlayaraq bizə gəlib çatmışdır. Nəsimi Azərbaycan xalqının həqiqətən böyük oğludur, çünki öz ana dilində ilk dəfə yazıb-yaratmışdır və şairin hünəri heç vaxt unudulmayacaqdır. Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır.
O uzaq, o qədim lisana bir bax!
Büllur bulaq kimi süzülər, çağlar.
Əsər var yazılıb otuz il qabaq,
Otuz cür lüğətə ehtiyacı var…
(Qabil Nəsimi poemasından)
Alovlu insanpərvər şair yaşadığı cəmiyyətdə səadət, ədalət, həqiqət görmədiyi üçün kədərlənir, onun şeirlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülümdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. Doğruluğu, haq-ədalət və xeyirxahlığı tərənnüm edir. Humanist şair insan ləyaqətini alçaldan, onun mənəvi azadlığını buxovlayan feodal dünyasına qarşı alovlu etiraz səsini qaldırdı.
Sənətkar haqqında daha obyektiv fikri adətən zamanın amansız sınağından sonra söyləyə bilirlər. Bu mənada Nəsiminin cismani məhvi əslində onun mənəvi qələbəsi kimi əsrlərdən bəri neçə-neçə nəslə misilsiz örnək oldu. Sonralar Nəsimi adı poeziyamızda öz əqidəsi yolunda təkcə sözdə deyil, həm də işdə fəda olmaq timsalına çevrildi: “Nəsimi tək bu aşiq, – Yolunda soyulandır” (Sarı Aşıq). Əqidəsi, məsləki, baxışları, inandığı həqiqətlər uğrunda canından keçən, düşmən qarşısında əyilməyən sənətkarlar az olmamışdır. Ancaq bu əqidə qəhrəmanları arasında Nəsimi müstəsna bir yer tutur. Haqsızlığa, ehkamçılığa, nadanlığa, idraksızlığa, zülm və ədalətsizliyə, cəmiyyətdə Allahdan və insanlıqdan uzaq bütün vəziyyətlərə odlu şeirləri ilə üsyan edən Nəsimi Azərbaycan ədəbiyyatında içtimai-fəlsəfi şeirlərin parlaq nümunələrini yaratmışdır.
Bir günəşdir Nəsimi kim anın
Neçələr zərrəsinə həsrətdir.
Böyük şair, filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etmişdir.
AYNUR TURAN
Subyekt.az