![]()
Xətai rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Subyekt.az Ajans.az -a istinadla xəbər verir ki, hadisə bu gün baş verib.
Belə ki, Zeynalov Nihad Lətif oğlu idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyada – 1984-cü il təvəllüdlü Əliyev Sərxan Ömər oğlunu vurmuş, nəticədə sonuncu hadisə yerində ölüb.
Fakt üzrə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Subyekt.az