
Bu xəbəri Türkiyə mediası yayıb. Məlumatda bildirilib ki, COVİD XEC mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib. Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar. Bildirilib ki, COVİD XEC əsasən, Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda sürətlə yayılır. Həkimlər qeyd edirlər ki, yeni mutasiyanın əsas əlamətləri yüksək temperatur, öskürmə, dadbilmə və qoxu qabiliyyətinin itməsi, yorğunluqdur. Vurğulanıb ki, mövcud vaksinlər yeni mutasiyaya qarşı da keçərlidir.
subyekt.az